Bakıda bu küçə yenidən qurulur - FOTO

Bakıda bu küçə yenidən qurulur - FOTO

Yaxın günlərdə təmir-bərpa işləri yekunlaşacaq.

Bakucity.az xəbər verir ki, Bakının Xətai rayonu ərazisindəki Səməd bəy Mehmandarov küçəsi də yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 3.2 km, eni isə 20 metr olan küçədə aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib, hamarlayıcı qat asfalt-beton örtüyü döşənib.

Bundan başqa, aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də yenidən bərpa olunub, küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri bərpa olunaraq kənarlarına yeni səki daşları düzülüb.

Artıq yolun asfaltlanması işlərinə də başlanılıb ki, bu çərçivədə küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işləri ümumilikdə 65 min kv. m sahəni əhatə edəcək.

Səməd bəy Mehmandarov küçəsində istiqamətləri ayırmaq məqsədilə eni 1 metr olan ayrıcı zolaq inşa olunub, kənarlarına isə səki daşları, üzərinə isə tamet daşları üzülüb. Daha sonra sutkanın qaranlıq saatlarında küçəni işıqlandırmaq üçün ayrıcı zolaq boyu yeni işıqlandırma sistemi qurulacaq.

İşlərin sonuncu mərhələsində küçələr boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlanma xətləri çəkiləcək.

Bütün işlər mövcud tikinti norma və qaydalarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Bakıda bu küçə yenidən qurulur - FOTO, fotoşəkil-1 Bakıda bu küçə yenidən qurulur - FOTO, fotoşəkil-2 Bakıda bu küçə yenidən qurulur - FOTO, fotoşəkil-3 Bakıda bu küçə yenidən qurulur - FOTO, fotoşəkil-4

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər