Bakıda azyaşlılara siqaret satanlar cərimələndi - FOTO

Bakıda azyaşlılara siqaret satanlar cərimələndi - FOTO , Oral Aliyev

Satıcılar haqda protokol tərtib edilib.

Bakucity.az xəbər verir ki, Atatürk prospektində prospektində fəaliyyət göstərən köşkün satıcısının məktəbliyə tütün məmulatı satması müəyyən olunub.

Həsən Əliyev və Azadlıq prospektinin kəsişməsində yerləşən köşkdə də yetkinlik yaşına çatmayanlara tütün məmulatları satıldığı aşkar edilib. Azyaşlılara tütün məmulatı satan satıcılarla profilaktik söhbətlər aparılıb, onlara xəbərdarlıq olunub.

Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib edilib.

Paytaxt, eləcə də regionlarda yetkinlik yaşına çatmayanlara spirtli içki və tütün məmulatları satan şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütəmadi tədbirlər bundan sonra da davam etdiriləcək. 

Qeyd edək ki, Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Bakıda azyaşlılara siqaret satanlar cərimələndi - FOTO , fotoşəkil-1 Bakıda azyaşlılara siqaret satanlar cərimələndi - FOTO , fotoşəkil-2 Bakıda azyaşlılara siqaret satanlar cərimələndi - FOTO , fotoşəkil-3 Bakıda azyaşlılara siqaret satanlar cərimələndi - FOTO , fotoşəkil-4 Bakıda azyaşlılara siqaret satanlar cərimələndi - FOTO , fotoşəkil-5

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər