Bakıda mayın 21-nə gözlənilən hava proqnozu açıqlandı

Bakıda mayın 21-nə gözlənilən hava proqnozu açıqlandı, Oral Aliyev

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Bakucity.az xəbər verir ki, mayın 21-də , Bakıda və Abşeron yarımadasında mayın 20-dən 21-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində isə havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 21-25, Bakıda gecə 16-18, gündüz  24-26 dərəcə isti təşkil edəcək.

Qeyd edək ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayıb. 

Bakucity.az  

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər