Bakıda narkotacir yaxalandı - FOTO

Bakıda narkotacir yaxalandı - FOTO, Oral Aliyev

Buzovna qəsəbəsi sakinin həyətində çətənə kolu aşkar olunub.

Bakucity.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Buzovna qəsəbə sakini saxlanılıb.

Şahin Əliyevin yaşadığı evin həyətinə baxış keçirilən zaman xüsusi olaraq əkilən və qulluq edilən 877 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Əliyevdən əlavə olaraq 5 kiloqram 595 qram qurudulmuş marixuana da aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq niyyəti ilə əkdiyini və onlara qulluq edərək yetişdirdiyini bildirib.

Faktla bağlı 1-ci Polis Şöbəsində Ş.Əliyev barəsində toplanan material araşdırılması üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Bakıda narkotacir yaxalandı - FOTO, fotoşəkil-1 Bakıda narkotacir yaxalandı - FOTO, fotoşəkil-2 Bakıda narkotacir yaxalandı - FOTO, fotoşəkil-3

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər