Bakıda internet niyə yaxşı işləmir, sürəti azaldan nədir? - AÇIQLAMA - bakucity.az

Bakıda internet niyə yaxşı işləmir, sürəti azaldan nədir? - AÇIQLAMA

Ekspert məsələnin texniki tərəflərini izah edib.

Müasir insan internet olmadan həyatını təsəvvür edə bilmir. Statistikaya görə, orta hesabla gündə 5 saat inernetə vaxt sərf edirik. Təbii ki, hər kəs internetin yüksək sürətlə işləməsini və münasib qiymətə başa gəlməsini istəyir.

Bakucity.az bu gün şəhərimizdə internet provayderlərin iş proseduru, abonentlərin üzləşdiyi əsas problemləri və onların səbəblərini, həmçinin internet bağlantısının sürətini öyrənməyə çalışıb.

Yüksək sürətli internet – bu realdırmı?

Paytaxtın internet provayderlərinin bütün nüanslarını öyrənmək üçün “Smart Systems Technology” abunə şöbəsinin rəhbəri Eldəniz Masumovla söhbət etdik: 

“Bizdə kabel xidmət şəbəkəsidir. İnterneti telefona birləşdirən ADSL texnologiyası var. Bu xidmət özəl sektora paylanır. İnterneti optik fiber vasitəsilə çəkirik. Optik fiber quraşdırıldıqda, tariflərin dəyəri 18 Mbit üçün 18 manatdan başlayır. ADSL-də texniki imkanlar məhduddur və bu tariflərlə əlaqədar üç-altı Mbit-dən başlayır. 4 Mbit 15 manat, 6 Mbit - 20 manat təşkil edir. Bu gün insanlar ən çox 18 Mbit tarifini istifadə etməyi üstün tuturlar" 

Abunə şöbəsinin müdirinin sözlərinə görə, paytaxt sakinləri internet provayderlər barədə aşırı tələblər irəli sürürlər, bu isə həmişə anlaşılan olmur:

"Bakıda internetin texniki imkanları digər ölkələrə nisbətən daha zəifdir. Məsələn, Rusiyada olduğu kimi (“Runet”), bizim ölkənin öz interneti yoxdur. Bütün yerli provayderlər interneti dollarla alırlar, biz onu manata çəkirik. Təbii ki, son iki devalivasiya bu biznesə güclü zərbə vurdu. Beş il bundan əvvəl abunəçilər 3 Mbit istifadə edib razı qalırdılarsa, bu gün razı qalmırlar, çünki eyni sürətlə interneti əldə etmək mümkün deyil”.

Məsələnin texniki tərəfi

Eldəniz Masumov əlavə edib ki, bir sıra texniki məsələlər internetdə problem yarada bilər:

“Məsələn, bir abonent ADSL-ə qoşulub, amma hazırki texnologiya müqavilədə göstərilən sürəti əldə etməyə imkan vermir, çünki ADSL-də sürət həddi həmişə 13-15% -dən az olub. Bu, provayderə və ya istifadə edilən modemə bağlı olmayan bir texnoloji məhdudiyyətdir. Bu zaman abonentlər ATS-lə əlaqə saxlamalıdır”.

E. Masumov internetin pis işləməsinin həmişə internet provayderlərin işinin keyfiyyətindən asılı olmadığını açıqlayıb. Onun sözlərinə görə, abunəçilər şəbəkəyə daxil olmağa çalışdıqları hər hansı bir cihazda olan problemi tez-tez araşdırmalıdır:

 “Şəxsən mən evdə 4 Mbit internetlə normal işləyirəm, amma 40 Mbit-ı olan insanlar var ki, bu, onlar üçün kifayət etmir. Məsələ burasındadır ki, bir çoxumuz modem, kompüter və digər cihazların istismarına yanlış münasibət göstəririk. Bəzən problem nə internet texnologiyasında, nə modemdə, nə də kompüter və ya telefonda olmur. Ancaq abunəçilər həmişə hesab edirlər ki, bütün günah provayderlərindir. Bu vəziyyətdə, problemi müəyyən etmək üçün hər şeyi müəyyənləşdirməliyik. Telefonun hansısa problemi, kompüterdə çox sayda virus və s. kimi bir çox səbəb ola bilər. Sürətli internetə qoşulmaqda problem yaradan bir başqa səbəb də “Wi-fi” şəbəkəsinin zəif işləməsi ola bilər”.

Həmsöhbətimiz həmçinin qeyd edib ki, xarici ölkələrdə internetin quraşdırılması və istismarı ilə bağlı vəziyyət bir qədər fərqlidir:

"Xaricdə modemlər və routerlər abonentlərin özləri tərəfindən konfiqurasiya edilir. Təchizatçı şirkətdən yalnız giriş, şifrə və IP ünvanı alırlar. İnsanlarımız bunu anlamır, buna görə də internetdən düzgün istifadə edə bilmirlər”.

Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə 100 Mbit/s, həcmində olan tarif planı əsasən konfort iternet - internet axtarış, onlayn oyunlar, internetdə IP-TV və ya video seyr etmək, eyni zamanda HD keyfiyyəti ilə istifadə olunur. Əgər kompüterinizə böyük faylları yükləməlisinizsə - əməliyyat sisteminin paylanması, yüksək keyfiyyətli video, audio koleksiyalar və s. onda 100 Mbit/s-dən çox şəbəkə sürəti tələb olunur. Yerli provayderlər abunəçilərə orta hesabla 4 Mbit tarif parametrləri təklif edirlər.

İnternet bağlantısının şərti klassifikasiyası aşağıdakı kimidir:

Aşağı - 512 Kbps;

Sürətli - 2 Mbit / s;

Ortalama 10 Mbps;

Yüksək - 50 Mbit / s;

Çox yüksək - 100 Mbps.

Züleyxa ismayılova

Bakucity.az 

Bakıda internet
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bu barədə Dövlət Komitəsindən məlumat verilib Bakucity.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinə yekun vurub. Bildirilib ki, müsabiqə şərtlərinə uyğun olaraq, qalib investor dövlət büdcəsinə 4,7 milyon manat ödəməyi, dəyəri 10,2 milyon manat olan investisiya proqramı icra etməyi, müəssisənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət So...
Ötən gecə Bakı səmasında UNO görünüb
Ötən gecə Bakı səmasında uçan naməlum obyekt (UNO) görünüb Bakucity.az xəbər verir ki, sosial şəbəkələrdə yayılna görüntülərdə naməlum obyektin yaşayış binasına həddindən artıq yaxınlaşdığı açıq-aydın görünür. Mənzilinin eyvanına çıxan şəxs həmin anları videoya çəkib: Bakucity.az
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, iyunun 19-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq. Abşeronun ş...
Mədəniyyət
Fasilələr saat 13.30-dan 15.30-dək davam edəcək  Bakucity.az  xəbər verir ki, bu gün Abşeron rayonu, Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq. Saat 13.30-dan 15.30-dək davam edəcək  Buna səbəb 110/10 kVt-luq Əliağa Vahid  yarımstansiyasında aparılan yenidənqurma işləridir.  Bakucity.az
Cəmiyyət
Bakı polisi faktla bağlı geniş araşdırma aparır Bakucity.az xəbər verir ki,  Bakı şəhər sakini mənzilindən içərisində 15000 manat və 15000 ABŞ dolları, habelə 40000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin və mobil telefonunun oğurlanması ilə bağlı Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edib. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə...
Cəmiyyət
Pensiyaların minimum həddi 160 manatdan 200 manata qaldırılacaq Bakucity.az xəbər verir ki, 2019-cu ilin oktyabrın 1-dən etibarən 25 faizlik artım Bakıda pensiya alan 375 mindən çox vətəndaşa da şamil ediləcək. Dövlət başçısının imzası və təqdimatı ilə parlamentə  "Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi daxil olub. Qanun layihəsi sabah - iyunun 20-də MM-in Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə ediləcək...
Hadisələr
Səbail Rayon Məhkəməsinin sədrinin ailəsində faciə baş verib Bakucity.az xəbər verir ki, tanınmış hakim Ağamalı Qafarovun azyaşlı nəvəsi Siyarə bədbəxt hadisə nəticəsində vəfat edib. Belə ki, azyaşlı qız ailəsi ilə birgə istirahətdə olarkən nəzarətsiz qalması səbəbindən su hovuzunda boğulub. Qeyd edək ki, Ağamalı Qafarov Bakının tanınmış məhkəmə sədrlərindəndir. O, daha əvvəl Nəsimi Rayon Məhkəməsinə sədrlik edib. (Publika.az) Bakucity.az
Hadisələr
Fatmayı kəndində bıçaqlanma hadisəsi baş verib Bakucity.az  xəbər verir ki, kənddə keçirilən keçirilən toy mərasimində kütləvi dava baş verib. Dava zamanı 1986-cı il təvəllüdlü Şiriyev Orxan Allahverən oğlu və 1987-ci il təvəllüdlü Əliyev Osman Mirzəbala oğlu öz həyətlərində naməlum şəxs tərəfindən bıçaqlanıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O.Şiriyevə qarının kəsilmiş-deşilmiş yarası, O.Əliyevə isə döş qəfəsinin sol yarısının kəs...
Hadisələr
Bakıda valideyn məktəbdə övladından pul istənilməsinə görə polisə müraciət edib Bakucity.az xəbər verir ki, Bakı sakini olan qadın Xətai rayonu üzrə hüquq-mühafizə orqanlarına ünvanladığı ərizədə bildirib ki, iyunun 6-da 9-cu sinifdə oxuyan oğlundan təhsil aldığı 171 saylı məktəbin müəllimləri tərəfindən pul istənilib. O, oğlu pul vermədiyinə görə övladının psixoloji təzyiqlərə məruz qaldığını, eləcə də özünün təhqir olunduğunu bildirib. Faktla bağlı hüquq...