Rusiyalı tanınmış müğənni Bakıya gələcək – Zivert

Rusiyalı tanınmış müğənni Bakıya gələcək – Zivert

Müğənni "Jara" festivalında çıxış edəcək.

Bakucity.az "Jara-2019" festivalının rəsmi “Instagram” səhifəsinə istinadən xəbər verir ki, rusiyalı məşhur pop müğənnisi Zivert (Yulia Sitnik) Bakıda səhnəyə çıxacaq.

Rusiyalı tanınmış müğənni Bakıya gələcək – Zivert, fotoşəkil-1

O, "Çak" və "Anesteziya" kimi populyar hitlərin ifaçısıdır. "Çak" mahnısı internetdə böyük bir müvəffəqiyyətə imza atıb, ondan dərhal sonra müğənninin bir neçə albomu işıq üzü görüb. 2017-ci ilin payızında müğənni "Anesteziya" adlı ikinci mahnıya çəkilmiş klipin təqdimatını keçirib. Klipin rejissoru Amerikalı məşhurlar - Tyga və Travis Scott ilə əməkdaşlığı ilə tanınan Mariya Skobeleva olub. 

Müvəffəqiyyət özünü çox gözlətməyib və müğənniyə "Birinci Musiqi Nəşriyyatı" evindən təklif gəlib. Hansı ki, Feduk, Monatik, Nyuşa, Dima Bilan, İvan Dorn, Byanka və s. kimi bir çox ifaçını yetişdirib. 

2019-cu ilin əvvəlində Yulia Zivert “Apple Music” və “iTunes”in top onluğuna "Life" adlı yeni “trek”i ilə daxil ola bilib. Mahnı “Apple Music”də 8-ci, “iTunes”da isə 5-ci yerdədir.

İnformasiya dəstəyi: Bakucity.az

jara
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər