Paytaxtda bıçaqlanma hadisəsi baş verib.
Bakucity.az xəbər verir ki, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsindəki çörək sexində işçilər arasında mübahisə qanlı dava ilə nəticələnib.
Beyləqan rayon sakini, 1993-cü il təvəllüdlü Savalanov Sabir Akif oğlu orada çalışan Mütəllim adlı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır. (Trend)
Bakucity.az