Bakıda Zurab Seretelinin sərgisi açılacaq

Sərgidə 30-dan çox əsər nümayiş olunacaq. 

Bakucity.az xəbər verir ki, mayın 22-də Heydər Əliyev Mərkəzində tanınmış rəssam Zurab Seretelinin “Mümkün ölçülər” (Possible Dimensions) adlı sərgisi açılacaq.

Moskva Müasir İncəsənət Muzeyi və Rusiya Rəssamlıq Akademiyası ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə müəllifin 85 illik yubileyinə həsr olunmuş sərgilər seriyasının davamıdır.

Ekspozisiyada Moskva, Tbilisi və Londondan gətirilmiş 30-dan çox əsər - rəssamın yaradıcıq yolunu əks etdirən rəsmlər və heykəllər nümayiş olunacaq.

Zurab Sereteli 1934-cü ildə Tbilisidə anadan olub. 1958-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. 1960-cı illərin sonlarında geniş dairədə tanınmağa, dövlət sifarişləri almağa başlayır. Monumentallıq onun müxtəlif ölkələrdə ictimai sifarişlər əsasında yaratdığı heykəllərdə də diqqəti çəkir. Seretelinin müəllifi olduğu möhtəşəm heykəllər London, Moskva, Nyu York, Paris, Roma, Tokio və digər şəhərlərdə ucaldılıb.

Seretelini dünya vətəndaşı adlandırmaq olar. Onun emalatxanaları doğulduğu Tbilisi şəhərində, Moskva, Paris və Nyu-Yorkda yerləşir. Bu dörd şəhərin hər birində işləmək onun fərdi üslubunun formalaşmasına səbəb olub. Rəssamın sözlərinə görə, 1946-cı ildə Fransada Pablo Pikasso və Mark Şaqalla görüşü onun yaradıcılıq prosesinə baxışlarını köklü surətdə dəyişib. Ustadların rəssamlıq və qrafikadan keramika və heykəltəraşlığa asanlıqla keçmələri onu yeni əsərlər seriyası yaratmağa ilhamlandırıb. Parisdə Pikassonun emalatxanasını ziyarət etdikdən az sonra çəkdiyi “İnessa” (1968) əsərində Pikassonun təsiri aydın nəzərə çarpır. Seretelinin “Mənim sevimli rəssamlarım” (2009) adlı məşhur heykəli Pablo Pikasso, Amedeo Modilyani, Mark Şaqal və Vinsent Van Qoqu təsvir edir, bundan bir il əvvəl isə o, Niko Pirosmani və Anri Russonun heykəltəraşlıq obrazlarını yaratmışdı.

Seretelinin yaradıcılığına rus rəssamları da təsir göstərib. Vasili Kandinskinin abstrakt ekspressionizmi və ya Kazimir Maleviçin suprematizmi Seretelinin tanınan qırmızı və göy boyalarının zəngin palitrasına transformasiya edib.

Heydər Əliyev Mərkəzində nümayiş olunan sərgi avqustun 25-dək davam edəcək.

Bakucity.az

Sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
4 baxış sentyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Hadisə baş verdiyi zaman Gülgün işdən evə qayıdırdı Xəbər verdiyimiz kimi, sentyabrın 17-i axşam saatlarında Nəsimi rayonu, Vaqif prospektində Ramal Məmmədov idarə etdiyi "Volkswagen Passat" markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən -1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vuraraq öldürüb. Bakucity.az xəbər verir ki, Qafqazinfo qəzanı törədən şəxslə bağlı bir sıra məlumatlar əldə edib. Məsələ burasında...
Cəmiyyət
Ərazidə dörd söhbətgah inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi uğurla davam edir. Bakı Şəhər İcra Hakimiyyətindən Bakucity.az-a verilən məlumata görə, layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadə...
Mədəniyyət
Teatr mövsümə “O olmasın, bu olsun” musiqili komediyası ilə start verib Sentyabrın 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 110-cu mövsümünü Üzeyir Hacıbəyli - XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın “O olmasın, bu olsun” musiqili komediyası ilə açdı.  Bakucity.az xəbər verir ki, dünən 63-cü dəfə (yeni quruluşda) təqdim olunmuş tamaşada Xalq artisti, “Şöhrət” ordenli, sevilən gülüş ustası Afaq Bəşirqızı (Sənəm), Əməkdar artist,...
Cəmiyyət
Kimlər tədbir görməlidir? Bakının mərkəzi küçələri günün qaranlıq saatlarında işıqlandırılsa da, təəssüf ki, bunu bütün yollara şamil etmək olmur. Ətraf qəsəbələrdə isə vəziyyət daha da acınacaqlıdır. Müəyyən ərazilər var ki, avtomobillərin intensiv hərəkət etdiyi yollarda belə işıqlandırma yoxdur. Və təbii ki, bu da həmin yollarda qəzaları qaçılmaz edir. Bakucity.az xəbər verir ki, ARB TV əməkdaşları məsələni araşdırmaq üçün üz tutublar Bakının işıqsız qa...
Cəmiyyət
Oxumaq, oxumaq, yenə də oxumaq... Bakının mərkəzi küçələrində çox sayda kitab mağazalarına rast gəlmək olur. Böyük əksəriyyəti dizaynı və kitablarının rəngarəngliyi ilə göz oxşayır. Bəs bu kitabların alıcısı nə qədərdir? Balacalar əsasən hansı kitablara üstünlük verir?  Bakucity.az-ın suallarını “Ali və Nino” kitab mağazasının satış üzrə meneceri Lalə Rəhmanova cavablandırdı: - Çox sevindirici haldır ki, artıq valideynlər öz uşaqlarına oyuncaqla yanaşı kit...
Hadisələr
Ölən şəxs sərxoş vəziyyətdə olub Paytaxtın Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü Yelsevic Yuri Aleksandroviç qəfildən prospekt ərazisinə çıxıb. Həmçinin oxu: Bakıda qırmızı işıqdan keçən xanım sürücü ağır qəza törətdi - FOTO “KaMAZ” markalı yük avtomobilinin sürücüsü onu vurmaqdan yayınsa da, Y.Yelse...
Cəmiyyət
Bakıda güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edilib Bakucity.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, sentyabr ayının 21-i səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Bakıda günün birinci yarısında şimal küləyi güclənəcək. Ən güclü külək gündüz və axşam müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq: H...
Hadisələr
“KİA” və “Mercedes” markalı avtomobillər toqquşub Paytaxtın Nəsimi rayonunda Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində ağır yol-nəqliyyat hadisəsi baş verib Bakucity.az APA-ya istinadən xəbər verir ki, xanım sürücü idarə etdiyi “KİA” markalı avtomobillə işıqforun qırmızı işığından keçib.  Bu zaman o, işıqforun yaşıl işığından keçən Əli Abdullayevin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpılıb. Hər iki avtomobilə ciddi ziyan...
Cəmiyyət
Gömrük işçiləri xüsusi əməliyyat keçiriblər Binəqədi rayonunda külli miqdarda dərmanın anti-sanitariya şəraitində saxlanıldığı qanunsuz anbarlar aşkarlanıb. Dövlət Gömrük Komitəsindən (DGK) Bakucity.az-a verilən məlumata görə, bir neçə gün bundan öncə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında gömrükçülər Gürcüstandan külli miqdarda, 2 milyon manat dəyərində dərman preparatlarının yük-nəqliyyat vasitəsində sənəd...