Bakıda mağazalara qənim kəsilən oğru yaxalandı - FOTO

Bakıda mağazalara qənim kəsilən oğru yaxalandı - FOTO, Oral Aliyev

Paytaxtda mağazalardan oğurluq edən yeniyetmə saxlanılıb.

Bakucity.az xəbər verir ki, gecə saatlarında xüsusi texniki vasitələrlə qorunan obyekdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olan “həyəcan” siqnalı yoxlanılan zaman oranın qapısının sındırıldığı müəyyən edilib. 

Baş Mühafizə İdarəsi Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları dərhal 20 Yanvar küçəsində yerləşən mağazaya yollanıblar. 

Polis əməkdaşları hadisə yerinə daxil olan zaman əlində kəsici alət olan bir nəfəri mağazadan oğurluq etmək istəyən zaman saxlamağa nail olublar. Ərazi üzrə Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinə aparılan həmin şəxsin yetkinlik yaşına çatmayan S.P olduğu müəyyən edilib.

Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun Nəsimi rayonunda müxtəlif vaxtlarda 1 avtomobildən, dərzi sexi, gözəllik salonu və daha bir mağazadan pul, həmçinin mobil telefonlar oğurladığı müəyyən edilib. Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bakıda mağazalara qənim kəsilən oğru yaxalandı - FOTO, fotoşəkil-1 Bakıda mağazalara qənim kəsilən oğru yaxalandı - FOTO, fotoşəkil-2 Bakıda mağazalara qənim kəsilən oğru yaxalandı - FOTO, fotoşəkil-3 Bakıda mağazalara qənim kəsilən oğru yaxalandı - FOTO, fotoşəkil-4 Bakıda mağazalara qənim kəsilən oğru yaxalandı - FOTO, fotoşəkil-5

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər