Bakıda avtomobil qadını vurub öldürdü

Bakıda avtomobil qadını vurub öldürdü

Piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakucity.az xəbər verir ki, Yasamal rayonu, İnşaatçılar prospekti, 553-cü məhəllə, 2 D ünvanında sürücü Zaur Adil oğlu Kazımov “Opel Vectra” markalı “99 NS 267” dövlət qeydiyyat nişanlı avtomobillə şəxsiyyəti məlum olmayan 40-45 yaşlı qadını vurub.

Piyada 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, aldığı xəsarətdən həmin xəstəxanada ölüb.

Qeyd edək ki, hadisə sürcünün avtomobili park edərkən arxaya sürməsi zamanı baş verib. (Baku.ws)

Bakucity.az

Bakıda qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər