Bakıda ən yaxşı “Gürcü xəngəli” verilən restoranlar - QİYMƏT

Bakıda ən yaxşı “Gürcü xəngəli” verilən restoranlar - QİYMƏT, Oral Aliyev

Müştərilərin ən çox sifariş verdiyi yeməklər hansılardır?

Gündəlik həyatında, xüsusilə də istirahət və özəl günlərdə fərqli mətbəxlərə üstünlük verən kifayət qədər insan var. 

Paytaxtda gürcü mətbəxi ilə xidmət edən restoranlarda daha çox hansı yeməklər sifariş olunur? Gürcü yeməklərini yerli, yoxsa gürcü aşbazlar hazırlayır? Menyuların qiyməti sərfəlidirmi?

Bakucity.az bu sualların cavab tapmaq üçün maraqlı araşdırma aparıb. 

“Mziuri” restoranı

Restorandan verilən məlumata görə, buranın çox ləzzətli və özəl yeməyi “Steyk Mziuri”dir. Özəl menyudan isə daha çox “Steyk sirloin” (25-30 AZN) və “Gürcü xəngəli” (1 payda 5 ədəd- 0.70 AZN) sifariş olunur. 

Xəngəl gürcüsayağı salat, tkemali və satsibeli sousları ilə servis edilir. 2 nəfərlik sifariş üçün 12-15 manat ödəməlisiniz. Aşbazları gürcü olan restoranda banket zalı da var. 

“Tbilisi Restaurant”

Bu məkanın ən çox sifariş olunan yeməkləri sırasında “Ocaxuri” öndə dayanır. Restoranın administrator belə deyir. Yeməyin tərkibi müxtəlif ədviyyatlardan - ət, kartof, bibər, soğan və sarımsaqdan ibarətdir. 1 payın qiyməti isə 7 manatdır. 2 pay “Ocaxuri”, gürcü pendiri, təzə göyərti salatı, turşu və gürcü limonadı sifariş etsəniz, ümumi hesab 25-30 manatdan çox olmayacaq. Administratorun dediyinə görə, burada ikinci yerdə “Gürcü xəngəli” dayanır. Sadə gürcü xəngəlinin 1 ədədi 80 qəpiyə, qızardılmışı isə 1 manatadır. Məkanda banket zalı da var.

“Udali Restaurant”

Restorandan qeyd ediblər ki, tərkibi mal əti, göbələk, pomidor, soğan və sluquni pendiri olan “Tavaduri” buranın özəl yeməyidir. Yeməyin 1 payı 7 manatdır. 2 pay “Tavaduri”, təzə gürcü salatı, turşu assorti və gürcü limonadı sifariş etsəniz, 20-21 manat ödəyəcəksiniz.

“Kalakuri Restorant”

Restoranın administratoru buranın zəngin mətbəxə və münasib qiymətklərə sahib olduğunu deyib. Verilən məlumata görə, ən çox sifariş olunan yeməkləri “Kupati”dir. Saxsı qabda bişirilən bu yeməyin tərkibi mal əti, donuz bağırsağı, sarımsaq, zirinc və qoyun piyindən ibarətdir. 1 payı isə 6 manata satılır. Saxsı qabda hazırlanan və tez-tez sifariş olunan (1 payı 6 AZN) yeməklər sırasında “Ocaxuri” də dayanır. 2 paylıq “Ocaxuri”, təzə salat, göyərti, turşu və gürcü limonadı sifariş edildikdə, cəmi 18 manat ödənilir və bu yeməyin 1 payı 2 nəfərə çatır. Suplardan isə daha çox “Salyanka” (1 payı 5 AZN) məşhurdur. Yemək mal əti, turşu, bibər və müxtəlif tərəvəzlərdən hazırlanır.

“İveria” restoranı

Restorandan verilən məlumata rörə, məkanın özəl yeməyi üç növdə (ətli, toyuqlu və balıqlı) hazırlanan “İveria”dır. Yeməyin ən bahalısı balıqlı, ən məşhuru isə ətlidir. Balıqlı “İveria”nın (1 payı 30 azn) tərkibi ağ balıq, göbələk, xama, gürcü pendiri – sluquni və holland pendirindən ibarətdir. Ətli 18, toyuqlu isə 12 manatadır.

İki pay ətli “İveria”, təzə gürcü salatı, turşu assorti və gürcü limonadı sifariş etsəniz, ümumi hesab 50-60 manat arası tutacaq. 

Restoranın digər xüsusi yeməyi tamat sousu ilə hazırlanan “Dana qabırğası”dır. (1 payı 22 AZN) Burada ən çox sifariş verilən yeməklər sırasında 3 nəfərin yeyə biləcəyi böyük porsion “Şxmeroli” (1 payı 15 AZN) dayanır. 

Burada “Çoxoxbili” (1 payı 9 AZN), qaynadılmış gürcü xəngəli (1 ədədi 1 AZN), qızardılmış gürcü xəngəli (1 ədədi 2 AZN) var. Məkanın aşbazı gürcüdür və banket zalları mövcuddur.

Bakıda gürcü mətbəxi ilə fəaliyyət göstərən restoranlarda ən çox sifariş olunan yeməklər və onların qiymət cədvəlini təqdim edirik:

Bakıda ən yaxşı “Gürcü xəngəli” verilən restoranlar - QİYMƏT, fotoşəkil-1

Ramilə Qardaşxanqızı

Bakucity.az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər