Bakı Beynəlxalq Avtovağzal Kompleksində İİV-lə bağlı tədbir keçirilib.
Bakucity.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə insanın immun çatışmazlığı virusu (İİV) ilə bağlı maarifləndirmə və müayinə tədbiri keçirib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində QİÇS-lə Mübarizə Mərkəzinin səyyar Könüllü Müayinə və Məsləhət məntəqəsi təşkil olunub.
Təşkil olunan səyyar məntəqədə həm sərnişinlər, həm də işçilər üçün pulsuz İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.
Tədbir “Avropa İİV-ə testləşmə həftəsi” kampaniyası çərçivəsində keçirilib.
Məqsəd müayinə aksiyaları keçirməklə xəstəliyə yoluxan insanları maksimal dərəcədə aşkarlamaq, dərhal müalicəyə cəlb etmək, virusun yayılmasının qarşısını almaq və əhalinin sağlam həyat tərzi barədə mariflənməsidir.