“Tarqovı” bağlanmayacaq - RƏSMİ AÇIQLAMA

“Tarqovı” bağlanmayacaq - RƏSMİ AÇIQLAMA, Oral Aliyev

"Deyilənlər həqiqətə uyğun deyil".

Bakucity.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti mayın 25-dən 31-nə qədər yerli sakinlərin “Tarqovı”ya girişinə qadağa qoyulmasına dair yayılmış xəbərlərə münasibət bildirib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov məsələ ilə bağlı bunları deyib:

"Bu barədə mətbuatda verilən məlumatlar həqiqətə uyğun deyil və hər hansı məhdudiyyət tətbiq edilməyib. Belə məlumatlar təxribat xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyundur. Onu hamı sevir və hər hansı məhdudiyyət yolverilməzdir. Əksinə, həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcək”. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər