Bakıda Səmti müəyyənetmə üzrə Beynəlxalq yarış keçirilib - FOTO

Bakıda Səmti müəyyənetmə üzrə Beynəlxalq yarış keçirilib - FOTO

Beynəlxalq Kubok yarışı başa çatıb.

Bakucity.az xəbər verir ki, may ayının 17-19-u tarixlərində Dənizkənarı Bulvar, İçəri Şəhər, Qubanın Amsar və Xaçmazın Nabran meşə zolaqlarında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyənetmə idman növü üzrə VI Beynəlxalq Kubok yarışı keçirilib. 

Yarışda Türkiyə, Rusiya, Bolqarıstan, Moldova, İsveç, Çexiya, Rumıniya, Honq Konq, Yeni Zelandiya və Litvadan 40-a yaxın idmançı olmaqla ümumilikdə 220 idmançı yarışda iştirak edib. Üç gün davam edən yarışda idmançılar sprint, orta və uzun məsafə üzrə qüvvələrini sınayıblar.

Bakıda baş tutan sprint məsafəsi üzrə yarışda M21E kateqoriyasında Türkiyəli idmançı Aziz Kızıltaş qızıl medala sahib olub. Çexiyanın Rumpal komandasının idmançısı ikinci, Azəərbaycan milli komandasının idmançısı Süıeyman Əliyev isə üçüncü olub. Qadınlar arasında elit kateqoriyada isə Çexiyalı idmançı Eva Kabateva fəxri kürsünün ən yüksək pilləsinə çıxıb. Türkiyə milli komandasının idmançısı Özlem Zirək və çexiyalı digər idmançı Tereza Bialozitova isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Bakıda Səmti müəyyənetmə üzrə Beynəlxalq yarış keçirilib - FOTO, fotoşəkil-1 Bakıda Səmti müəyyənetmə üzrə Beynəlxalq yarış keçirilib - FOTO, fotoşəkil-2 Bakıda Səmti müəyyənetmə üzrə Beynəlxalq yarış keçirilib - FOTO, fotoşəkil-3 Bakıda Səmti müəyyənetmə üzrə Beynəlxalq yarış keçirilib - FOTO, fotoşəkil-4 Bakıda Səmti müəyyənetmə üzrə Beynəlxalq yarış keçirilib - FOTO, fotoşəkil-5 Bakıda Səmti müəyyənetmə üzrə Beynəlxalq yarış keçirilib - FOTO, fotoşəkil-6 Bakıda Səmti müəyyənetmə üzrə Beynəlxalq yarış keçirilib - FOTO, fotoşəkil-7 Bakıda Səmti müəyyənetmə üzrə Beynəlxalq yarış keçirilib - FOTO, fotoşəkil-8 Bakıda Səmti müəyyənetmə üzrə Beynəlxalq yarış keçirilib - FOTO, fotoşəkil-9 Bakıda Səmti müəyyənetmə üzrə Beynəlxalq yarış keçirilib - FOTO, fotoşəkil-10

Bakucity.az

yarış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər