Bakı sakinləri 5 gün istirahət edəcək – Qeyri-iş günü

Bakı sakinləri 5 gün istirahət edəcək – Qeyri-iş günü, Oral Aliyev

İyun ayında ölkədə 5 gün qeyri-iş günü olacaq.

Bakucity.az xəbər verir ki, iyunun 5 və 6-sı Ramazan bayramı, 15-də Milli Qurtuluş Günü, 26-da isə Silahlı Qüvvələr Günü qeyd ediləcək. 

Lakin Milli Qurtuluş Günü şənbə gününə təsadüf etdiyi üçün iyunun 17-si də iş olmayacaq.

Beləliklə, bazar günü də nəzərə alınarsa, ardıcıl olaraq iyunun 15,16, 17-si ölkədə qeyri-iş günüdür.

Bakı sakinləri bu müddət ərzində istirahətlərini səmərəli dəyərləndirib, şəhərimizdə təşkil olunan müxtəlif konsert proqramları, teatr tamaşaları və digər əyləncəli tədbirlərə qatıla bilərlər. 

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər