Bakıda final oyununa 280 min manata bilet satılır

Bakıda final oyununa 280 min manata bilet satılır

Finalı üçün satışa çıxarılan Skybox biletlər satılıb. 

Bakucity.azxəbər verir ki, UEFA Avroliqasının Skybox biletinin qiyməti 1 nəfər üçün kateqoriyadan asılı olaraq 1190-1390 avro (2256 - 2635 AZN) olaraq müəyyənləşdirilib. Biletlər 9-10 nəfərlik paketlər olaraq satılıb. 10 nəfərlik paketin qiyməti 11900-13900 avro (22560 - 26350 AZN) təşkil edib. 

Skybox biletləri olanlar bir çox üstünlük əldə edir. Onlara avtomobillərini saxlamaq üçün xüsusi parkinq yeri ayrılır. Bununla yanaşı, xüsusi ayrılmış yerdən stadiona daxil olacaqlar. Oyun zamanı isə Skybox bileti olanlara yemək də veriləcək.  

Qeyd edək ki, Skybox biletləri "qara bazar"da təklif olunur. Bəzi işbazlar biletləri əvvəlcədən alıb və oyun öncəsi satışa çıxarıb. 

"Qara bazar"da hazırda təklif olunan Skybox biletlərinin qiymətini təqdim edirik: 

6 nəfərlik 175000 AZN 

10 nəfərlik 225.000 AZN 

12 nəfərlik 235.000 AZN

14 nəfərlik 280.000 AZN

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında İngiltərənin "Arsenal" və "Çelsi" komandaları üz-üzə gələcək. (Baku.ws)

Bakucity.az

Bakı finalı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər