Paytaxtda 24 yaşlı qız itkin düşüb.
Bakucity.az xəbər verir ki, 24 yaşlı Əliyeva Kəmalə Təvəkkül qızı özünəməxsus şəxsiyyət vəsiqəsini, geyim əşyasını, 3 000 (5 100 AZN) ABŞ dolları və 2000 AZN məbləğdə pul götürərək evdən çıxıb və geri qayıtmayıb. O, Xətai rayonu, Neapol küçəsi, ev 5, mənzil 75-də yaşayır.
Onun bacısı Əliyeva Aynur Təvəkkül qızı polisə ərizə ilə müraciət edib.
Hazırda qızın axtarışı davam etdirilir. (Metbuat.az)
Bakucity.az