Bakıda banklar gücləndirilmiş rejimdə çalışacaqlar

Bakıda banklar gücləndirilmiş rejimdə çalışacaqlar

Müştərilər bankların xidmətlərindən fasiləsiz yararlana biləcəklər.

Bakucity.az xəbər verir ki, Bakıda banklar 27 may - 1 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu, Mayın 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar 

Ölkə əhalisinin, turistlərin və xarici qonaqların bank xidmətlərindən rahat faydalanmasının təmin edilməsi məqsədilə 22 bankın 75 filial və şöbəsi müştərilərə gücləndirilmiş iş şəraitində xidmət göstərəcək. 

Doqquz bankın 12 filial və şöbəsi 24 saat rejimində fəaliyyət göstərəcək.

Qeyd edək ki, bu Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat yayıb. (Oxu.az)

Bakucity.az 

Bakı banklar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər