Bakıda polis pedofili həbs etdi

Bakıda polis pedofili həbs etdi, Oral Aliyev

Paytaxtın Binəqədi rayonunda pedofil saxlanılıb.

Bakucity.az xəbər verir ki, rayonun 5-ci Polis Bölməsinin əməkdaşları 33 yaşlı Kürdəmir rayon sakini A.Əbilovu saxlayıb.

O, mayın 10 yaşlı oğlanı zorlamaqda ittiham olunur. Hadisə mayın 21-də axşam saat 20:00 radələrində, 3026-cı məhəllədə yerləşən şadlıq evinin arxasında baş verib. 

Pedofili çevik polis alayının əməkdaşları şahidlərin köməyi ilə saxlayıb. Hazırda saxlanılan şəxsin başqa oxşar cinayətlər törədib-törətmədiyi araşdırılır. (Oxu.az)

Bakucity.az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər