Bakının havası ən çirkli rayonları açıqlandı - SİYAHI

Bu ay Bakıda atmosfer havasının səyyar monitorinqi keçirilib.

Bakucity.az xəbər verir ki, paytaxtın Nəsimi, Xətai, Nizami, Səbail, Nərimanov, Yasamal və Sabunçu yaşayış məntəqələrində monitorinqlərin nəticələrinə görə çirkləndirici qaz qarışıqları sanitar normadan bir qədər çox olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məsələ ilə bağlı bunları deyib:

“Bu da həmin ərazilərdə maşınların say çoxluğu ilə izah olunur. Tozun miqdarının normadan yuxarı olması, demək olar ki, Bakının bütün rayonlarında tikinti-quraşdırma fəaliyyətinin aparılması ilə bağlıdır.

Nəticələr göstərir ki, Xətai, Nizami və Sabunçu rayonlarının atmosfer havası digər inzibati rayonlardan fərqli olaraq daha çox çirklənməyə məruz qalır”.

U.Tağıyeva qeyd edib ki, nəqliyyatdan olan təsirləri müəyyənləşdirmək üçün Neftçilər, Dərnəgül, Nobel pr., 20 Yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Şərifzadə küçəsi Xırdalan–Sumqayıt yolunda keçirilmiş monitorinqə görə, azot qazı və dəm qazının konsentrasiyaları normanı aşıb:

“Nəqliyyatdan olan təsirlər ən çox Lökbatan dairəsində özünü göstərir. Bu yer həm şəhərdaxili, həm də şəhərkənarı nəqliyyatın sıx hərəkət etdiyi ərazidir. Digər ərazilərlə müqayisədə Nobel prospektində daha əlverişsiz şərait müşahidə olunub ki, bu da Neft Emalı zavodunun təsiri ilə bağlıdır.

Bakı şəhəri Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında aparılan monitorinqin nəticələrinə görə, çirkləndirici qaz qarışıqlarının konsentrasiyası digər ərazilərlə müqayisədə daha yüksək olub.

Təhlilləri müqayisəli aparmaq üçün Abşeron bağlarının yerləşdiyi ərazidə - Bilgəh, Mərdəkan, Novxanı və digər şəhərətrafı ərazilərdə atmosfer havasından nümunələr götürüldü və azot qazı, kükürd qazı, dəm qazı, toz və aromatik karbohidrogenlərin (benzol, toluol, etil-benzol, orto-ksilol, metil-ksilol) təyini üzrə analizlər aparıldı. Bu ərazilər hava keyfiyyətinə görə təmiz ərazilər kimi qiymətləndirilə bilər. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Bakıda 2-ci İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək 4-7 mart 2020-ci il tarixlərində əsas məqsədi İtaliya və Azərbaycan kinematoqrafiyasının keçmişi, bu günü və gələcəyini təbliğ etmək olan İkinci İtaliya-Azərbaycan Beynəlxalq Film festivalı keçiriləcəkdir.    BakuCity.az xəbər verir ki, festival  İtaliya Respublikasının Azərbaycandakı Səfirliyi, Finlandiyanın Bakıdakı Fəxri Konsulluğu, “IMAGO Group” film istehsalı şirkəti, Venesiyanın Ca’...
İdman
Bu dəfə azı 3 dəfə çox qonaq gələcək Bakı Biznes Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və AFFA-nın təşkilatçılığı ilə "Avro-2020: KOB-lar üçün perspektivlər" mövzusunda tədbir keçirilib. BakuCity.az xəbər verir ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bu il Bakıya Türkiyə kimi böyük azarkeş kütləsinə malik yığma ilə birgə çılğınlığı ilə tanınan Uels və çoxlu sayda İsveçrə fanatının gələcəyini xatırladıb. O, Dənizkənarı P...
Cəmiyyət
Sevimli əşyasına qovuşdu Ötən gün Bakıda məktəbli 3 nömrəli müntəzəm marşrut xətt avtobusunda noutbukunu unudub. BakuCity.az xəbər verir ki, "BakuBus" avtobusunun sürücüsü Qafar Amanov noutbuku götürərək gün boyu məktəblini soraqlayıb. Sonda məktəbli tapılıb və sevimli əşyasına qovuşub. BakuCity.az
Cəmiyyət
Şikayətlərin sayı 46,4 faiz artıb "Vətəndaşların ərizələri, əsasən, onların düşdükləri müəyyən çətinliklərin, o cümlədən mənzil-məişət, təhsil, sağlamlıq problemlərinin həlli barədə xahişlərdən ibarət olursa, şikayətləri bilavasitə pozulan hüquqlarının müdafiəsi və bərpası, qanuni tələblərinin yerinə yetirilməsinə törədilən əngəllərin aradan qaldırılması, vəzifəli şəxslərin qanunazidd hərəkətlərinə qarşı müvafiq tədbirlər görülməsi barədə olur". BakuCity.a...
Cəmiyyət
Çinin Huancou şəhərində təhsil alırlar Bakıda koronavirus şübhəsi ilə xəstəxanaya daha 2 nəfər yerləşdirilib. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərindən BakuCity.az-a daxil olan məlumatda bildirilir ki, Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib. Onlar Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşıdır. Hər ikisi Çinin Şanxay şəhərindən təyyarə...
Cəmiyyət
Polis orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan şikayətlər az deyil "Azərbaycanın sabitlik və əmin-amanlıq məkanına çevrilməsində, vətəndaşlarımızın asudə yaşamasında hüquq mühafizə orqanlarının, o cümlədən daxili işlər orqanlarının əməyi danılmazdır. Respublikamızda ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qazanılan uğurlar xalqın s...
Hadisələr
Xəstəxanaya çatdırılıb Bakının Sabunçu rayonunda canavar yerli sakini dişləyib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, canavarın hücumuna Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivinin sakini 1966-cı il təvəllüdlü Camal Fəxrəddin oğlu Cahangirov məruz qalıb. Yırtıcı onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib. C.Cahangirov təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. BakuCity.az
Hadisələr
Ətrafa yanacaq dağıldı Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə Rəşid Behbudov və Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb. Məlumata əsasən, Vüqar Xəlilov idarə etdiyi "QAZel" markalı yük maşını ilə Salatın Əsgərova küçəsində işıqforun yaşıl işığından keçib. Bu zaman R.Behbudov küçəsində işıqforun qırmızı işığından keçən və 19 yaşlı Abdullayev Qorxmaz İldırım oğlunun i...
Cəmiyyət
Övladlığagötürmə tələblərinə uyğunluq olmadığı təqdirdə müraciətə imtina verilir Valideyn-namizədlərin övladlığa götürmə ilə bağlı müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi vasitəsilə elektron qaydada həyata keçirilir.  Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən BakuCity.az-a verilən məlumata görə, övladlığagötürmə ilə bağlı elektron qaydada müraci...