Bakıda gənclər arasında dava, bir nəfər bıçaqlandı

Bakıda gənclər arasında dava, bir nəfər bıçaqlandı

Paytaxtda bıçaqlanma hadisəsi baş verib.

Bakucity.az xəbər verir ki, Nəsimi rayonu, Moskva Univermağının yaxınlığında 2 nəfər arasında mübahisə əlbəyaxa dava ilə nəticələnib. 

Daha sonra 1997-ci il təvəllüdlü Həmidli Azad Alim oğlu mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona qarın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub, reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər