Bu gün səhər saatlarında qatar bir neçə dəqiqə tuneldə qalıb.
Bakucity.az xəbər verir ki, hadisə metronun "Ulduz" və "Nərimanov" stansiyaları arasında qeydə alınıb.
Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bunları deyib:
“Maşinist qatarın texniki baxış məqsədi ilə "Depo" stansiyasına getməsini məqsədəuyğun olduğunu bildirib. Bu səbəbdən sözügedən qatar "Depo" stansiyasına doğru hərəkət edib. Əks istiqamətdə hərəkət edən qatar isə tuneldə gözləyərək "Depo"ya gedən qatarın ikinci yola keçməsini gözləyib. Bu səbəbdən qatarın hərəkətində ləngimə yaranıb. Hazırda Bakı metrosunda qatarlar hərəkət cədvəli üzrə işləyir”. (Ölke.az)
Bakucity.az