Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bakucity.az xəbər verir ki, mayın 22-də Ağcabədi rayon sakini Rəhimov Elçin Namizəd oğluna məxsus avtomobilə baxış keçirilib.
Baxış zamanı avtomobilin yük yerində ölmüş vəziyyətdə kəsilən, istehlaka yararsız 95 kiloqram iribuynuzlu heyvan cəmdəyi aşkar edilib. İlkin araşdırmalar zamanı heyvan cəmdəyinin satış məqsədi ilə Ağcabədidən Bakıya daşındığı məlum olub.
Heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Bakucity.az