Avropa Liqasının finalına bilet satışı davam edir.
Bakucity.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək final matçını canlı izləmək istəyənlər üçün növbəti şans yaradılıb.
Biletləri “Port Baku Mall”, “28 May Mall”, “Gənclik Mall” və Heydər Əliyev Sarayının kassalarında əldə etmək mümkündür.
Qeyd edək ki, mayın 29-da keçiriləcək həlledici oyunda “Çelsi” və “Arsenal” üz-üzə gələcək. (Ona.az)
Bakucity.az