Bakıda daha bir beynəlxalq sərgi keçiriləcək

Sərgiyə bir çox şirkətlər qatılacaq.

Bu ilin 29 may – 1 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektoru üzrə ən irimiqyaslı tədbiri – 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi keçiriləcək.

Sərginin təşkilatçısı olan “Iteca Caspian” şirkətindən Bakucity.az-a verilən məlumata görə, bu il sərgidə dünyanın 34 ölkəsini təmsil edən 290 şirkət iştirak edir və bu ölkələr arasında ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, MDB ölkələri, Türkiyə və digər ölkələr. Almaniya, Belarus Respublikası və Rusiyanın qabaqcıl şirkətləri milli stendlərdə ən son məhsullarını təqdim edəcəklər. İştirakçı şirkətlər neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, eləcə də servis xidmətlərini təqdim edəcəklər. Ilk dəfə olaraq, sərgidə defektoskopiya və yerdən uzaq məsafədə işlərin görülməsi kimi sahələr işıqlandırılacaq.

Ardıcıl olaraq ikinci ildir ki, sərgidə iştirak edən Rusiya İxrac Mərkəzi Rusiyanın ən qabaqcıl şirkətlərinin nümayəndələrini öz stendində bir araya gətirəcək. Bu il öz ekspozisiya sahələrini genişləndirmiş “Halliburton”, “Schlumberger” və “Worley Parsons” kimi şirkətlər sərgi qonaqlarına öz innovativ məhsul və xidmətlərini təqdim edəcək. İştirakçıların ümumi sayının 24%-ni təşkil edən debütantlar arasında Azərbaycan, Çin, Qazaxıstan, Türkiyə, Monako, Niderland Krallığı, Hindistan və digər ölkələr var. Şirkətlər neft və qaz avadanlığı, uniforma və digər məhsul və xidmətləri təqdim edəcəklər.

Bundan əlavə, 30-31 may tarixlərində Xəzəryanı regionda energetika sektorunun nəhəng tədbiri sayılan 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı keçiriləcək. Konfrans “Xəzər Neft və Qaz” sərgisinin tərkib hissəsidir və  neft-qaz sektorunun rəhbərləri ilə yanaşı, bu sektor ilə əlaqədar olan müxtəlif sahələrin rəhbərləri üçün də əsas platformadır. Konfransda dünyanın 30 ölkəsini təmsil edən 500 nəfərə yaxın nümayəndə iştirak edəcək.

Konfransın məruzəçiləri arasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə prezidenti Hari Cons, “Nobel Upstream” şirkətinin icraçı direktoru cənab Lari Beyts, SOCAR-ın vitse-prezidentləri, “Petronas” şirkətinin regional rəhbəri və başqaları yer alır.

Qeyd edək ki, 29 may – 1 iyun tarixlərində Bakı Ekspo Mərkəzində energetika və bərpa olunan enerji sənayesi nailiyyətlərinin nümayiş olunması sahəsində Xəzəryanı regionun ixtisaslaşmış tədbiri – 9-cu Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji “Caspian Power 2019” sərgisi keçiriləcək. Sərginin rəsmi dəstəyini Azərbaycan Respublikası Energetika Nazirliyi təmin edir. Həmçinin bu il ilk dəfə olaraq “Azərenerji” ASC sərgiyə rəsmi dəstək verir.

Sərgi iştirakçıları arasında Azərbaycan, Belarus, Rusiya, Türkiyə və digər ölkələrdən energetika sahəsində aparıcı texnologiya təchizatçıları yer alır. Sərgidə Kozlov adına Minsk Elektrotexnika Zavodu, “Energomera” konserni, “Luna” elektrik şirkəti və digər eksponentlər tərəfindən transformatorlar, kabellər, elektrik avadanlıqları, enerjiyə qənaət üzrə ən son texnologiyalar və s. məhsullar təqdim olunacaq. Sərginin bölmələri arasında isə energetika və elektrotexnika, alternativ enerji mənbələri, kabel-ötürücü məhsulları, işıqlandırma yer alır.

“Caspian Power 2019” sərgisində enerjidən istifadə üzrə ən son nailiyyətlər təqdim ediləcək və burada elektroenergetika sənayesinin aparıcı nümayəndələri ilə görüşlər keçirmək, ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyaları barədə məlumat almaq, eləcə də perspektiv müqavilələr imzalamaq mümkün olacaq.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Şikayətlərin sayı 46,4 faiz artıb "Vətəndaşların ərizələri, əsasən, onların düşdükləri müəyyən çətinliklərin, o cümlədən mənzil-məişət, təhsil, sağlamlıq problemlərinin həlli barədə xahişlərdən ibarət olursa, şikayətləri bilavasitə pozulan hüquqlarının müdafiəsi və bərpası, qanuni tələblərinin yerinə yetirilməsinə törədilən əngəllərin aradan qaldırılması, vəzifəli şəxslərin qanunazidd hərəkətlərinə qarşı müvafiq tədbirlər görülməsi barədə olur". BakuCity.a...
Cəmiyyət
Çinin Huancou şəhərində təhsil alırlar Bakıda koronavirus şübhəsi ilə xəstəxanaya daha 2 nəfər yerləşdirilib. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərindən BakuCity.az-a daxil olan məlumatda bildirilir ki, Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib. Onlar Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşıdır. Hər ikisi Çinin Şanxay şəhərindən təyyarə...
Cəmiyyət
Polis orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan şikayətlər az deyil "Azərbaycanın sabitlik və əmin-amanlıq məkanına çevrilməsində, vətəndaşlarımızın asudə yaşamasında hüquq mühafizə orqanlarının, o cümlədən daxili işlər orqanlarının əməyi danılmazdır. Respublikamızda ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qazanılan uğurlar xalqın s...
Hadisələr
Xəstəxanaya çatdırılıb Bakının Sabunçu rayonunda canavar yerli sakini dişləyib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, canavarın hücumuna Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivinin sakini 1966-cı il təvəllüdlü Camal Fəxrəddin oğlu Cahangirov məruz qalıb. Yırtıcı onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib. C.Cahangirov təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. BakuCity.az
Hadisələr
Ətrafa yanacaq dağıldı Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə Rəşid Behbudov və Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb. Məlumata əsasən, Vüqar Xəlilov idarə etdiyi "QAZel" markalı yük maşını ilə Salatın Əsgərova küçəsində işıqforun yaşıl işığından keçib. Bu zaman R.Behbudov küçəsində işıqforun qırmızı işığından keçən və 19 yaşlı Abdullayev Qorxmaz İldırım oğlunun i...
Cəmiyyət
Övladlığagötürmə tələblərinə uyğunluq olmadığı təqdirdə müraciətə imtina verilir Valideyn-namizədlərin övladlığa götürmə ilə bağlı müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi vasitəsilə elektron qaydada həyata keçirilir.  Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən BakuCity.az-a verilən məlumata görə, övladlığagötürmə ilə bağlı elektron qaydada müraci...
Cəmiyyət
Azərbaycan ildə 22 min ton fındıq ləpəsi ixrac edir Azərbaycan yaxın 3-4 il ərzində fındıq ixracını 36 faizdən çox artırmağı planlaşdırır. BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib. O bildirib ki, Azərbaycan hazırda ildə 22 min ton fındıq ləpəsi ixrac edir: "Yaxın 3-4 ildə 30 min tonu keçəcəyik. Bu da ildə orta hesabla 160-200 milyon dollar edir". İ.Orucov vurğulayıb ki, f...
Cəmiyyət
Məcburi köçkün Elşən Xəlilovun yaşayış sahəsinə ziyan dəyib Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakının iki rayonunda məcburi köçkünlərin məskunlaşdığı tikilidə və yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb. Dövlət Komitəsinin Mətbuat xidmətindən BakuCity.az-a bildirilib ki, fevralın 18-də Xəzər rayonunun Buzovna qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli taxta konstruksiyalardan ibarət tikilidə və Neft-En...
Hakimiyyət
"Havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə, tıxac olan yerdə" Parkinq məsələsində də hər şeyə ədalətli yanaşmalıyıq. BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib. Dövlətimizin başçısı qeyd edib: "Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək. Ona görə, bəzi hallarda sürücülər bu qaydaları k...