Bir müddət əvvəl direktor işdən azad olunmuşdu.
Bakucity.az xəbər verir ki, paytaxtda 162 saylı məktəbə müvəqqəti rəhbərlik Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) əməkdaşı Yaqut Məmmədovaya tapşırılıb.
BŞTİ-dən bildirilib ki, o, bundan əvvəl Bakı şəhəri 20 nömrəli orta məktəbin direktoru olub.
Qeyd edək ki, bir müddət əvvəl səkkizinci sinif şagirdi Elina Hacıyevanın intiharından sonra 162 saylı məktəbin direktoru Sevinc Abbasova vəzifəsindən azad edilib. Onun barəsində cinayət işi başlanıb. Hazırda ev dustağıdır. (Oxu.az)
Bakucity.az