Bakı polisi “Qədim” ləqəbli narkotaciri saxladı - FOTO

Bakı polisi “Qədim” ləqəbli narkotaciri saxladı - FOTO, Oral Aliyev

Sabunçu rayonunda vətəndaşa qarşı xuliqanlıq edən şəxs saxlanılıb.

Bakucity.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində xuliqanlıq etməkdə şübhəli bilinən paytaxt sakini Hikmət Vəlizadə tutulub.

Onun üzərində şəxsi axtarış aparılan zaman 0,346 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.

H.Vəlizadə ifadəsində narkotik vasitəni “Qədim” kimi tanıdığı şəxsdən öz istifadəsi üçün aldığını bildirib. Əməliyyat nəticəsində H.Vəlizadəyə heroini satan Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş İman Qədimov da tutularaq saxlanılıb.

Tutulan zaman onun üzərindən 0,518, yaşadığı evdən isə güclü psixotrop təsirə malik 1 kiloqram 15 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. İ.Qədimov narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb və həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Bakı polisi “Qədim” ləqəbli narkotaciri saxladı - FOTO, fotoşəkil-1 Bakı polisi “Qədim” ləqəbli narkotaciri saxladı - FOTO, fotoşəkil-2

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər