Məşhur milyarder Roman Abramoviç Bakıya gəlir

Məşhur milyarder Roman Abramoviç Bakıya gəlir

“Çelsi” klubunun sahibi Roman Abramoviç paytaxtımıza səfər edəcək.

Bakucity.az xəbər veriri ki, bu barədə Britaniyanın“The Sun” nəşri xəbər yayıb. Xəbərdə qeyd edilib ki, milyarder Bakıda Avropa Liqasının finalını izləyəcək. 

R.Abramoviç Britaniya vizası ilə bağlı problemlərə görə uzun müddətdir ki, klubun oyunlarını izləyə bilmirdi. Ancaq milyarder artıq İsrail vətəndaşlığını qəbul edib və Azərbaycanda “Arsenal”a qarşı final matçını seyr edəcəyinə ümid edir.

Xatırladaq ki, Avropa Liqasının final matçı mayın 29-da Bakıda baş tutacaq. Matç 23:00-da start götürəcək.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər