Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Bakucity.az xəbər verir ki, bu, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü kilometrliyində (Hökməlin dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi ilə bağlıdır.
Piyada keçidinin tikintisini tamamlamaq üçün metal aşırım hissəsinin quraşdırılması tələb olunur. Bu səbəbdən də magistralın sözügedən hissəsində 26 may tarixində səhər saat 05:00 dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq.
Alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edərək gələ bilərlər.
Bakucity.az