Bakıdakı bu göldə balıqlar niyə kütləvi şəkildə ölür? - FOTO

Bakıdakı bu göldə balıqlar niyə kütləvi şəkildə ölür? - FOTO, Oral Aliyev

Paytaxtda balıqların kütləvi tələfatı qeydə alınıb.

Bakucity.az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən açıqlama verilib. 

Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktor əvəzi Mehman Axundov  deyib ki, 

“Pirşağı gölü durğun göldür. Yəni, göldəki sular dayanan sulardır. Həmin gölün yaxınlığından Abşeron suvarma kanalı keçir. Pirşağı gölünə böyük həcmdə çirkab suları axıdılır. Həmçinin, gölün yaxınlığında yerləşən “2-ci sovxoz” adlanan təsərrüfatdan da ora çirkab suları tökülür. Nazirliyin nümayəndələri bu hadisə ilə əlaqədar göldən su nümunələri götürüb. Aparılan araşdırma nəticəsində aydın oldu ki, göldəki suda oksigenin həll olunmuş miqdarı dəfələrlə aşağı düşüb. Həmçinin, suyun səviyyəsi də normadan 60-70 sm aşağıdır. Balıqların tələfatı da məhz bunlarla bağlıdır”, - deyə Nazirliyin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktor əvəzi Mehman Axundov bildirib. (Oxu.az)

Bakıdakı bu göldə balıqlar niyə kütləvi şəkildə ölür? - FOTO, fotoşəkil-1 Bakıdakı bu göldə balıqlar niyə kütləvi şəkildə ölür? - FOTO, fotoşəkil-2 Bakıdakı bu göldə balıqlar niyə kütləvi şəkildə ölür? - FOTO, fotoşəkil-3

Bakucity.az 

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər