Bakıda məşhur avtoxuliqan bu görüntülərə görə həbs edildi - VİDEO

Bakıda məşhur avtoxuliqan bu görüntülərə görə həbs edildi - VİDEO, Oral Aliyev

Paytaxtda avtoxuliqanlıq edən şəxs yaxalanıb.

Bakucity.az xəbər verir ki, o, Sumqayıt şəhər sakini 22 yaşlı Əmrah Əmrəliyevdir. 

Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları onu mayın 18-də, saat 21:10 radələrində Salamzadə küçəsində “90 PD 158” dövlət nömrə nişanlı, "Daewoo Centra" markalı avtomobil ilə avtoxuliqanlıq edərkən saxlayıblar. 

Əmrah Əmrəliyev barəsində toplanmış materiallar və videogörüntü Yasamal rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü barəsində 15 gün müddətində inzibati qaydada həbs və 1il müddətində sürücülük hüququnun məhdudlaşdırılması tətbiq edilib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, bu şəxs dəfələrlə belə hallara yol verib. Özü də etiraf edib ki, bu əməllərindən əl çəkə bilmir. (Avtosfer.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər