Paytaxtın Binəqədi rayonunda yanğın baş verib.
Bakucity.azxəbər verir ki, hadisə Azadlıq prospekti 172 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Binəqədi və Nərimanov rayonları üzrə Yanğından Mühafizə Hissələrinin bir neçə yanğınsöndürən maşınları və canlı qüvvələri cəlb olunub.
Yanğın binanın üçüncü mərtəbəsində yerləşən ikiotaqlı mənzilin mətbəxindən başlayıb. Belə ki, mətbəxdə olan elektrik plitəsində yaranmış qısaqapanma sonradan yanğına çevrilib. Nəticədə mənzilin yanar konstruksiyaları 60 kv/m sahədə yanıb. Yanğın baş verərkən mənzildə heç kim olmayıb.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, hadisə zamanı xəsarət alan olmayıb.