Paytaxtda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib.
Bakucity.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 1 nəfərin körpünün üzərinə çıxaraq intihar etmək istədiyi barədə məlumat daxil olub.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Bakucity.az