Bu tarixdən etibarən Bakıdan Türkiyəyə sərnişin qatarı gedəcək

Bu tarixdən etibarən Bakıdan Türkiyəyə sərnişin qatarı gedəcək, Oral Aliyev

Biletin qiyməti adambaşına 97- 220 manat arasında olacaq.

Bakucity.az xəbər verir ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sərnişin daşınmaları ilə bağlı işlər bu ilin avqustunda yekunlaşacaq. Bu barədə İTV-yə müsahibəsində

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. O, qeyd edib ki, sərnişin daşımalarının həyata keçirilməsi üçün dəmiryolu xətti hazırdır, həmçinin qatarlar da gətirilib:

"Vaqon gətiriləndən sonra sınağı keçirilməlidir. Sınaqlar keçiriləndə insanların təhlükəsizliyinin tam təmin edilməsinə əmin olacağıq. Bizim hesablamalarımıza görə bu, avqust ayına reallaşacaq. İnfrastruktur demək olar ki, hazırdır".

C.Qurbanov biletin qiyməti ilə bağlı da məlumat verib:

“Türkiyə tərəfindən qiymətlər açıqlanmışdı. Lakin həmin qiymətlər nə Azərbaycan tərəfinin, nə də Gürcüstan tərəfinin qərarı deyil. Bakı- Tbilisi-Qarsda biletin qiymətini insanların yaşayış tərzinə uyğun olacaq”.

Xatırladaq ki, Türkiyə mətbuatında yayılmışdı ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınması bu ilin avqust ayından başlanacaq. Belə ki, həftədə bir səfər nəzərdə tutulub.

Qiymətlər vaqonların klasından asılı olaraq adambaşına 97- 220 manat arasında olacağı güman edilirdi. Həmçinin qeyd olunurdu ki, sözügedən qatar vasitəsilə Ankaraya getmək də mümkün olacaq. 

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər