İsrailli musiqiçi Bakıda konsert verdi - FOTO

İsrailli musiqiçi Bakıda konsert verdi - FOTO, Oral Aliyev

Məşhur musiqiçi Bakıda konsert verdi.

Bakucity.az xəbər verir ki, israilli kamança ifaçısı Mark Eliyahu mayın 25-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.

Konsert “United Cultures” və “124 Studios”in təşkilatçılığı, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin, “The Landmark” otel və biznes mərkəzinin, həmçinin “My Way Travel”in təşəbbüsü ilə reallaşıb.

Mark Eliyahunun konsertdə təqdim etdiyi rəngarəng musiqilər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Anşlaqla keçən konsertdə təqdim olunan musiqilər poetikliyi və zərifliyi ilə dinləyiciləri valeh edib.

Xatırladaq ki, Mark Eliyahunun musiqi nömrələrini ifa etdiyi kamança ona görkəmli kamança ustası Habil Əliyev tərəfindən hədiyyə edilib. Bu günə qədər o, bütün musiqilərini həmin kamançada ifa edib.

İsrailli musiqiçi Bakıda konsert verdi - FOTO, fotoşəkil-1 İsrailli musiqiçi Bakıda konsert verdi - FOTO, fotoşəkil-2 İsrailli musiqiçi Bakıda konsert verdi - FOTO, fotoşəkil-3 İsrailli musiqiçi Bakıda konsert verdi - FOTO, fotoşəkil-4 İsrailli musiqiçi Bakıda konsert verdi - FOTO, fotoşəkil-5 İsrailli musiqiçi Bakıda konsert verdi - FOTO, fotoşəkil-6 İsrailli musiqiçi Bakıda konsert verdi - FOTO, fotoşəkil-7 İsrailli musiqiçi Bakıda konsert verdi - FOTO, fotoşəkil-8 İsrailli musiqiçi Bakıda konsert verdi - FOTO, fotoşəkil-9

Bakucity.az 

Konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər