Paytaxtda əsən güclü külək beş ağac aşırıb.
Bakucity.az xəbər verir ki, ağacların aşması faktı müxtəlif ərazilərdə qeydə alınıb.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bunları deyib:
“Ağacların aşma halları paxtaxtın Suraxanı, Yasamal, Nəsimi, Binəqədi və Sabunçu rayonlarında qeydə alınıb. Ağacların budaqları sınaraq yola düşüb. Həmin ağaclar sağlam olub. Aşma nəticəsində xəsarət alan olmayıb. Vətəndaşlara diqqətli olmalarını məsləhət görürük. Sürücülərdən xahiş edirik ki, avtomobillərini iri gövdəli və hündür ağacların altında saxlamasınlar”. (Oxu.az)