Bu mağazalar hədiyyə seçimi üçün faydalıdır.
Hədiyyə seçməyin bəzi çətinlikləri var. Bu vəziyyətdə xüsusi hədiyyələr və süviner mağazaları köməyə çatır.
Bakucity.az oxuculara məhz maraqlı hədiyyə mağazalarının seçimini təklif edir.
“3D Photo Crystal” mağazasında 3D və 2D formatlı orijinal şəkillər sifariş verə bilərsiniz. Bundan əlavə, bütün ölçüdə və formada kristaldan hazırlanmış gözəl aksesuarlar seçmək mümkündür. Məsələn, burada kiçik kristaldan olan qeyri-adi brilok məhsulun həcmindən və tərkibindən asılı olaraq15 manata başa gəlir.
Çərçivədə bir fotoşəkilin qiyməti isə şəkildəki insanların sayı, məhsulun ölçüsü və hazırlanmasına görə dəyişə bilər.
3DPhotoCrystal | 3D | 2D | Aksesuarlar |
68-90 AZN | 10-177 AZN | 15-177 AZN |
Dəbdəbəli hədiyyələr almaq istəsəniz, “Dekorjinal” sizə bürünc heykəlciklər kimi bir çox dekorativ məhsullar, qeyri-adi şahmat taxtaları, etnik üslubda hazırlanmış orijinal vazalar, bu gün məşhur olan plakatlar, çərçivələr və s. bəzək əşyaları təklif edir.
Qiymətlər isə 30 manatdan 1,289 manata qədər dəyişir.
Dekorjinal | Bürünc heykəlciklər | Şahmat taxtası | Vaza | plakatlar | Çərçivələr |
69-898 AZN | 49-1289 AZN | 69-289 AZN | 29-79 AZN | 21-79 AZN |
“Useal” – büdcənizə kifayət qədər uyğun və maraqlı, qeyri-adi hədiyyələr mağazası. Burada “USB-ötürücü”, ev üçün süvinerlər, avtomobil həvəskarları üçün məhsullar, kompüter üçün USB-ötürücü, elektronika, qadın və kişi bəzək əşyaları, həmçinin daha çox fərqli hədiyylər tapa bilərsiniz.
Qiymətlər 3 manatdan 100 manata qədərdir.
Useal | USB-ötürücülər | Hədiyyə məhsulları | Avtomobil Aksesuarları | Yastıqlar | Qadın bəzək əşyaları | Kişi bəzək əşyaları | Mücrülər |
12-60 AZN | 3-185 AZN | 5-206 AZN | 5-129 AZN | 5-55 AZN | 5-68 AZN | 10-55 AZN |
Online alış-veriş
Paytaxtda evdən çıxmadan hədiyyə seçməyə imkan verən onlayn mağazalar da var. Məsələn, “Expedition” mağazasında müxtəlif praktiki əşyalar, kişilər, qadınlar və uşaqlar üçün hədiyyələr, eləcə də geniş çeşiddə eksklüziv seçimlər var. Sayt səyahət və istirahət üçün çox maraqlı təkliflər edir. Belə ki, əgər səyahəti sevənlər üçün hədiyyə axtarırsınızsa, onda bu sayt məhz sizin üçündür. Qiymətlər olduqca uyğundur: 5 manatdan 200 manatadək.
Expedition | Kişilər üçün | Qadınlar üçün | Uşaqlar üçün | Korporativ hədiyyələr |
8-218 AZN | 1-218 AZN | 6-181 AZN | 4-121 AZN |
“Flame.az” onlayn mağazasında ucuz və daha bahalı suvenirləri tapa bilərsiniz. Sayt komik süvenirlər, kişilər, qadınlar, uşaqlar üçün hədiyyələr, saatlar, aksessuarlar və daha çox hədiyyələr təklif edir.
Flame.az | Süvinerlər | Kişilər üçün | Qadınlar üçün | Saatlar |
5-150 AZN | 7-200 AZN | 2-150 AZN | 10-200 AZN |
Hədiyyə seçimi üçün “Mayki.az” onlayn mağaza tərəfindən orjinal təkliflər olunur. Burada qeyri-adi maykalar əldə edə bilərsiniz. Həmçinin, istənilən şəkil və yazı ilə fincanlar, telefon qabları, pazıllar və başqa sifarişlər verə bilərsiniz. Maykalar 25, köynəklər 30, çantalar isə 17 manata başa gələcək.
Mayki.az | Böyüklər üçün maykalar | Köynəklər | Yastıq | Çanta | Uşaq maykaları | Telefon üzlükləri | Fincanlar |
25 AZN | 30 AZN | 20 AZN | 17 AZN | 20 AZN | 17-25 AZN | 12-16 AZN |
“Geek.az” internet mağazada elektronikadan tutmuş oyuncaqlara qədər böyük bir hədiyyələr hissəsi var. Bu mağazada qiymətlər də olduqca münasibdir.
Geek.az | Qadınlar üçün | Kişilər üçün | Uşaqlar üçün | Retro hədiyyələr |
9-245 AZN | 9-245 AZN | 5-150 AZN | 6-120 AZN |
Züleyxa İsmayılova
Bakucity.az