Depozit yatırımı insanları niyə vahiməyə salır?
Depozit, xüsusən də fiziki şəxslərin əmanətlərinin strukturu bank sektoruna inamı göstərən və ya inamın formalaşmasına birbaşa təsir edən faktorlardan hesab olunur.
Bank hansı üstünlüklərinə görə etibarlı sayılır? Depozit yatıran vətəndaş nəyə diqqət etməlidir? Hansı valyuta növü daha çox qazandırır?
Bakucity.az-ın bu suallarını iqtisadçı ekspert Vüqar Bayramov cavablandırıb. Materialı oxuculara təqdim edirik.
Xarici valyuta ilə depozitə maraq daha yüksəkdir
Saytımıza açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, banklarda olan depozitlərin həcmində azalmalar birinci və ikinci devalvasiyadan sonra müşahidə olundu:
“Banklarda depozitlərin 60%-i dollarla, 40%-ə yaxını isə manatla saxlanılır. Bu depozit portfelinin 3 milyard 297 milyon manatı manatda, 5 milyard 41 milyon manatı isə məhz xarici valyutadır. Manatla depozitlərə daha çox dividend təklif olunmasına baxmayaraq, olması, xarici valyutaya xüsusi maraq var. Bu, xarici valyuta ilə depozitlərin həcminin yüksək olması ilə bağlıdır”.
Faizlərinin az olması vətəndaşda depozitə marağı kəskin azaldır
Vüqar Bayramov əlavə edib ki, vətəndaş üçün pulunu depozitlə artırmaq vacibdir, amma bu gün depozitlərin saxlanılması ilə bağlı bir neçə problem var:
“Əsas problem isə depozit faizlərinin azalmasıdır. Aparıcı banklar xarici valyutada olan depozitlərə illik 1%-dən az, manatla ödənilən depozitlərə isə təxminən 7% ətrafında dividend ödəyirlər, bu da kifayət qədər kiçik rəqəmdir. Çünki kredit faizi ilə deposit faizi arasında böyük fərq var. Kommersiya bankları xarici valyutada 1% kredit depozit faizi alıb, onu 10%-dən daha baha faizlə təklif edir, manatla 7% depozit alıb əksər hallarda 30%-ə yaxın faizlə təklif edir. Bu baxımdan kommersiya banklarının depozit və kredit siyasətində problemlər qalmaqdadır.
Depozit yatırarkən bankın etibarlılığına əmin olun
Vüqar Bayramov vətəndaşları diqqətli olmağa, yüksək məbləğli pullarını müxtəlif banklarda saxlamalarını tövsiyyə edir:
“Depozit yatırarkən, hansı bankın daha etibarlı olduğunu müəyyənləşdirmək vacibdir. Düzdür, Azərbaycanda 2019-cu ilin martında qanunvericilikdə edilən dəyişikliklərdə depozitlər növbəti bir ildə tam olaraq sığortalandı, amma 2020-ci ilin əvvəllərində bu qanuna yenidən dəyişikliklər edilməsə, o zaman hər bankda yalnız 30 min manat depozit sığortalanacaq. Depozit yerləşdirmək istəyən şəxslər çalışmalıdırlar ki, böyük məbləğdə vəsaiti bir bankda deyil, bir neçə bankda yerləşdirsinlər və bunun manatla məbləğinin 30 min manatdan çox olmaması məsləhətdir. Mövcud qanunvericiliyə əsasən bankların hesabatlarını çap etmələri və saytlarında yerləşdirmələri məcburidir. Çünki bankda depozit yerləşdirmək istəyən vətəndaş ilk növbədə bankın saytına daxil olmalıdır və baxmalıdır ki, onun hesabatları saytda yerləşdirilibmi? Əgər hesabatlar sayta yoxdursa, həmin bankda depozit saxlanması arzuolunan deyil. Hətta yerləşdirilən hesabatın da məzmununa baxmaq lazımdır – bank ili ziyanla, yoxsa gəlirlə başa vurub? Əgər ziyanla başa vurubsa, o bankda da vəsait yerləşdirmək arzuolunmazdır”.
Ekspert valyuta risklərindən sığortalanmaq və gəlir əldə etmək üçün valyuta səbəti formasında depozit yerləşdirməyi məsləhət görüb.
Biz isə Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə əsasən sığorta təklif edən 5 bankın faiz şərtlərini təqdim edirik:
“AccessBank”
Maksimal faiz dərəcəsi: AZN - 12%; USD – 2%; EUR – 0.5%
Manat (AZN) üçün faiz şərtləri:
Əmanətin müddəti (aylar) | Faizlərin aylıq ödənilməsi* | Faizlərin rüblük ödənilməsi | Faizlərin yarımillik ödənilməsi | Faizlərin müddətin sonunda ödənilməsi |
1-2 | 0,3% | - | - | 1,0% |
3-5 | 2,3% | 2,6% | - | 3,0% |
6-8 | 6,3% | 6,6% | 6,8% | 7,0% |
9-11 | 8,3% | 8,6% | 8,8% | 9,0% |
12-17 | 10.3% | 10.6% | 10.8% | 11.0% |
18-24 | 11.3% | 11.6% | 11.8% | 12,0% |
ABŞ dolları üçün faiz şərtləri:
Əmanətin müddəti (aylar) | Faizlərin aylıq ödənilməsi* | Faizlərin rüblük ödənilməsi | Faizlərin yarımillik ödənilməsi | Faizlərin müddətin sonunda ödənilməsi |
6-11 | 0,3% | 0,6% | 0,8% | 1,0% |
12-18 | 0,8% | 1,1% | 1,3% | 1,5% |
19-24 | 1,3% | 1,6% | 1,8% | 2,0% |
Avro üçün faiz şərtləri:
Əmanətin müddəti (aylar) | Faizlərin aylıq ödənilməsi* | Faizlərin rüblük ödənilməsi | Faizlərin yarımillik ödənilməsi | Faizlərin müddətin sonunda ödənilməsi |
12-24 | 0,2% | 0,3% | 0,3% | 0,5% |
“KapitalBank”
Depozit müddəti (aylar üzrə) | Faizlər aylıq ödənildikdə illik faiz dərəcəsi | Faizlər müddətin sonunda ödənildikdə illik faiz dərəcəsi |
AZN | USD | AZN | USD |
12 | 7.0% | - | 7.5% | 0.1% |
18 | 7.5% | - | 8.0% | - |
24 | 8.0% | 0.2% | 8.5% | 0.3% |
36 | 8.5% | 0.5% | 9.0% | 0.5% |
"Azərbaycan Beynəlxalq Bankı"
Depozitin müddəti | Manat ilə (illik) | ABŞ dolları ilə (illik) |
Faizlərin ödənilməsi | Faizlər hər ay ödənildikdə | Faizlər hər il ödənildikdə | Faizlər hər ay ödənildikdə | Faizlər hər il ödənildikdə |
12 ay | 8.5% | 9.0% | 1.0% | 1.0% |
24 ay | 9.0% | 9.5% | - | - |
36 ay | 9.0% | 9.5% | - | - |
“Bank Respublika”
Manat (AZN) üzrə faiz şərtləri:
Fiziki şəxslər |
Aylar | Aylıq əsasda | Müddətin sonunda |
6 | 4.% (illik) | 5.% (illik |
12/18 | 9.5% (illik) | 10.% (illik |
24/36 | 10.% (illik) | 10.5% (illik) |
ABŞ dolları üzrə faiz şərtləri:
Fiziki şəxslər |
Aylar | Aylıq əsasda | Müddətin sonunda |
6 | 0.5% (illik) | 1% (illik) |
12 | 1.9% (illik) | 2% (illik) |
24/36 | 1.9% (illik) | 2% (illik) |
“Bank Of Baku”
Əmanətin məbləği 200.000 AZN-ə qədər (200.000 AZN də daxil) olduqda faiz şərtləri:
Əmanət müddəti | 1 ay | 2 ay | 3 ay | 4 ay | 5 ay | 6 ay |
İllik faiz dərəcəsi | 6.00% | 7.00% | 8.00% | 9.00% | 9.50% | 10.00% |
Əmanətin məbləği 200.000 AZN-dən çox olduqda faiz şərtləri:
Əmanət müddəti | 1 ay | 2 ay | 3 ay | 4 ay | 5 ay | 6 ay |
İllik faiz dərəcəsi | 5.00% | 6.00% | 7.00% | 8.00% | 8.50% | 9.00% |
Ramilə Qardaşxanqızı
Bakucity.az