Bakı sakinlərinə güclü küləklə bağlı xəbərdarlıq edildi

Bakı sakinlərinə güclü küləklə bağlı xəbərdarlıq edildi, Oral Aliyev

Paytaxtda güclü külək bir çox fəsadlara səbəb ola bilər.

Bakucity.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib. O, qeyd edib ki, əvvəlki fəsillərə nisbətən ağaclarda ağırlıq nisbətən çoxalıb. Bununla da, külək nəinki qurumuş ağacları, hətta sağlamları da aşma təhlükəsi altında qoyur:

“Təhlükəni nəzərə alaraq, sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Sakinlərə isə ağacların altında dayanmamaq və ehtiyatlı olmaq məsləhət görülür".

Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti hökm sürür. (Baku.ws)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər