Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Bakucity.az xəbər verir ki, polis polkovnik-leytenantı Zaur Nəsirov Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini təyin edilib. Bu barədə Daxili İşlər naziri, general polkovnik Ramil Usubovun əmr imzalayıb.
O, bu təyinata qədər Bərdə rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, bir neçə gün öncə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə, Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə keçmiş müavini, polis polkovnik-leytenantı Şahin Məmmədov vəzifəsindən azad edilib. (Unikal.org)
Bakucity.az