İdmançı polis xanımla bağlı videoçarx hazırlanıb.
Bakucity.az xəbər verir ki, “Polis idmançıları yaxından tanıyaq” adlı rubrikanın ilk qonağı Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlar üçün Müvəqqəti Təcridetmə mərkəzinin əməkdaşı, polis baş leytenantı Ədilə Qurbanovadır.
Xanım idmançımız karate üzrə 2 dəfə dünya kubokunun sahibi, səkkizqat respublika çempionu, pauerliftinq üzrə isə Avropa və üçqat respublika çempionudur.
Polis zabitinin xidmətdə və idman arenalarında əldə etdiyi uğurlar haqqında daha ətraflı videsüjetdə məlumat verilir.
Qeyd edək ki, videoçarx Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti tərəfindən hazırlanıb.