Paytaxtda Yol Patrul Xidmətinə (YPX) məxsus avtomobil qəzaya düşüb.
Bakucity.az xəbər verir ki, ötən gecə Babək prospektində "90 YP 482" dövlət qeydiyyat nişanlı xidməti "BMW"-nin evakuatora çırpılıb.
Qəza nəticəsində xoşbəxtlikdən ölən və ya ciddi xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır. (Avtosfer.az)