Bakıda bu yollar bir günlük bağlanacaq

Bakıda bu yollar bir günlük bağlanacaq

Final günü paytaxtın bu yolları bağlı olacaq.

Bakucity.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə bağlı paytaxtda bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

Məlumatı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yayıb.

Məlumata görə, paytaxtın Üzeyir Hacıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində azarkeşlərin və ölkəmizə gələn xarici qonaqların təhlükəsiz və rahat hərəkət etmələri üçün həmin ərazilərdə may ayının 29-da nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Bakucity.az

yollar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər