Paytaxtda ağır yol qəzası baş verib.
Bakucity.az xəbər verir ki, Ziya Bünyadov prospektində "BMV" və "Mitsubishi" markalı avtomobillər toqquşub.
Hadisə şahidlərinin sözlərinə görə, yüksək sürətlə hərəkət edən "BMV"-nin sürücü idarəetməni itirib. Nəticədə avtomobil qarşı yola çıxıb və "Mitsubishi"-yə çırpılıb.
"BMV"-dəki iki nəfər hadisə yerində keçinib. Ölənlərdən biri sürücünün azyaşlı oğludur.
Faktla bağlı araşdırma aparılır.
Bakucity.az