Bakıda hansı restoranlarda canlı musiqi dinləyə bilərsiniz? - ARAŞDIRMA

Bu restoranlarda hər axşam canlı musiqi təqdim edilir. 

Təbii ki, restoranın dadlı menyu və yüksək keyfiyyətli xidmətə malik olması yaxşıdır. Daha yaxşısı isə məkanın öz müştərilərinə həm də gözəl musiqi proqramı təqdim etməsidir. 

Bakucity.az bu gün paytaxda müxtəlif janrlarda canlı musiqi təqdim edən məkanları araşdırıb.

Məkan seçək

“Atelier Vivanda” Avropa mətbəxilə xidmət göstərir. Bu məkan “steyk”ləri ilə məşhurdur. Burada açıq havada olan terras da var ki, xüsusi zövq verir. Axşam saat 9-dan sonra restoranda müasir və yeni musiqi dinləmək mümkündür. İfaçılardan Günay Əhmədova, Nigar Hüseynli, Boris Bayramov və başqaları çıxış edirlər. 

Restoranda Navai kimi rus reperlər və blogger Hüseyn Həsənovun vaxtaşırı çıxışları olur. Orta hesab 15-55 manatdır.

“Hard Rock Café” gənclər və yaşlı nəsil arasında paytaxtın ən məşhur məkanlarından biri kimi tanınır.

Kafe həm də təkrarolunmaz rok musiqiləri səsləndirməsi ilə məşhurdur. Amerika şəbəkəsinin Bakı filialında siz yerli rok qruplarının canlı ifalarını da dinləyə bilərsiniz. Bunun üçün orta hesabla 20-40 manat xərcləyəcəksiniz.

Gürcü mətbəxinin və musiqisinin pərəstişkarları ”Nani Georgian Hauce” restoranını seçə bilər. Burada gürcü milli mətbəxinin ən məşhur yeməkləri təqdim olunur. Siz burada George Nijaradzenin canlı ifalarını dinləyə bilərsiniz. Xidmət orta hesabla 15-30 manat təşkil edir.

"Circle Restaurant & Music hall" restoranının adı özü haqda danışır. Burada həmişə rəqs edə biləcəyiniz əyləncəli musiqilər səsləndirilir. Axşam saatlarında ifaçılar müxtəlif janrlarda çıxış edirlər. Menyu əsasən Avropa və yapon mətbəxinin yeməkləri ilə zəngindir. Kabab sifariş etmək mümkündür. Qiymət 9-68 manat arasında dəyişir. 

Restoran “Premiere Lounge & Restaurant”da Avropanın müasir musiqiləri səsləndirilir. Bəzən isə Elşad Xose kimi ifaçıların iştirakı ilə kiçik konsertlər təşkil olunur. Musiqili proqramı isə DJ Rafo təqdim edir. Məkanda dünya və Azərbayca mətbəxinin yeməkləri təqdim olunur. Orta qiymət 7,5 manatdan 20 manata qədərdir.

“Ajda Cafe”də hər gecə məşhur türk mahnıları ifa edən müğənni Ulvi Əhmədov çıxış edir. Burada Avropa mətbəxinin yeməklərini sifariş edə bilərsiniz. Kafedə həmçinin, kifayət qədər münasib qiymətlərlə yaxşı pizza seçimi var: 7-19 AZN.

Kafedə hər axşam canlı musiqi təqdim edilir. DJ AYZK müştərilər üçün bir-birindən gözəl musiqi nümunələri səsləndirir. Həmçinin, kafedə Elnur Hüseynov kimi məşhur müğənnilərdə çıxış edir. Qiymət 13-30 manat arasında dəyişir. 

Musiqi sədaları altında şərab içməyi sevənlər üçün paytaxtda “Wino Tapas Bar” restoranı fəaliyyət göstərir. Geniş şərab seçiminə əlavə olaraq, müxtəlif salatlar, qəlyanaltılar, sendviçlər, pendir və ət dilimləri, dəniz məhsulları və bir çox məzələr verilir. Yerin özəl xüsusiyyəti burada İspan mini-qəlyanaltısı olan “tapas”ın verilməsidir. Burada hər axşam canlı musiqi səslənir. 

Menyu və qiymət cədvəli

Restoranlar

Salatlar

İsti yeməklər

Steyk və kabablar

Burgerlər

Suşi

Tapas

AtelierVivanda

6-18 AZN

16-27 AZN

16-55 AZN

___

___

___

Hard Rock Café

9-12 AZN

13-22 AZN

4-45 AZN

10-19 AZN

___

___

NaniGeorgianHauce

6-9 AZN

7-30 AZN

4-15

___

___

___

Circle Restaurant & Music hall

6-15 AZN

12-40 AZN

3-35 AZN

___

12-16 AZN

___

PremiereLounge & Restaurant

6-14 AZN

7,5-19 AZN

___

6,5-9 AZN

8-35 AZN

___

Ajda Cafe

8,5-9,5 AZN

8,90-16,5 AZN

___

4,5-9,5 AZN

___

___

Wino Tapas Bar

8-13 AZN

___

___

5-11 AZN

___

6-28 AZN

Züleyxa İsmayılova

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
2100 baxış sentyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bakının bolşevik-daşnak işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 101-ci ildönümüdür. Bakucity.az xəbər verir ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bununla da həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də e...
Cəmiyyət
Sabaha olan hava proqnozu Sentyabrın 15-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Bakucity.az xəbər verir ki, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 16-18° isti, gündüz  25-27° isti təşkil edəcək. Atmosfer  təzyiqi normadan yüksək 763  mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət  55-65 % olacaq. Bakucity.az
Mədəniyyət
Tədbir Bakı Fotoqrafiya Evində keçirilib Sentyabrın 13-də Kiyev-Peçora Milli Tarix-Mədəniyyət Qoruğunun “Kiyev-Peçora böyük monastrı. Tarix və müasirlik” adlı səyyar bədii foto sərgisi Ukraynanın Azərbaycandakı Səfirliyinin və Sumqayıtdakı İ.Franko adına Ukrayna ictimai təşkilatının dəstəyi ilə ilk dəfə “İçərişəhər” Muzey Mərkəzinin Fotoqrafiya Evində keçirilib. Bakucity.az xəbər verir ki, açılış mərasimində çıxıç edən “İçərişəhər” Muzey Mərkəzinin direkto...
Cəmiyyət
“İstəmirik ki, kənardan baxan desin “polis imkan vermir” Ölkədə dərs ilinin başlaması ilə əlaqədər Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bununla bağlı Bakucity.az-a məlumat verən BŞBDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov qeyd edib ki, paytaxtda yerləşən bütün təhsil ocaqları nəzarətə alınacaq.  “16 sentyabr dərs ilinin başlaması ilə bağlı Bakıda yerləşən təhsil müəssisələ...
Hadisələr
Qadın yolda yatıb Paytaxtın Binəqədi rayonunda içkili qadın çətin anlar yaşadıb. Bakucity.az xəbər verir ki, hadisə S.S.Axundov küçəsində baş verib. Şahidlər iddia edirlər ki, 50-60 yaşlarında olan qadın yola yaxınlaşanda yıxılıb və orada yatıb. Onun yanında olan kişi qadının rəfiqəsi ilə birlikdə həddən artıq spirtli içki qəbul etdiyini bildirib. O, ətrafdakı insanların köməyi ilə taksi sifariş verib, və çətinliklə olsa da, qadını maşına əyləşdirərək ər...
Cəmiyyət
Qəza nəticəsində “Ford”un daşıdığı yük yola səpələnib Bakıda aeroport yolunda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. Bakucity.az xəbər verir ki, BMW markalı avtomobil idarəetməni itirərək “Ford” markalı mikroavtobusa çırpılıb. Qəza nəticəsində “Ford” dəmir arakəsməyə dəyərək bir neçə dəfə çevrilib.  Eyni zamanda, BMW də digər dəmir arakəsməyə dəyib. Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. “Ford”un daşıdığı yük isə yola...
Cəmiyyət
Ceyhun Cəfərzadə qonşusunun arxasınca düşərək Ağdama gedib Bakucity.az-ın “Öz hekayəni danış” layihəsinin qonağı Qarabağ müharibəsi iştirakçısı Ceyhun Cəfərzadədir. Cəfərzadə Ceyhun Tahir oğlu 1977-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. Qarabağ müharibəsi zamanı məcburi köçkün düşən Ceyhun ailə üzvləri ilə birlikdə Bakıya gəlib və Əhmədli qəsəbəsində müvəqqəti məskunlaşıb. Hazırda dövlət tərəfindən Lökbatan qəsəbəsində məcburi köçkünlər ü...
Hadisələr
Qəza zamanı bir nəfər xəsarət alıb Paytaxtın Nərimanov rayonu Həsən Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, Əmayev Sinan Çingiz oğlu idarə etdiyi motosikletli hərəkətdə olan zaman Əkbərov Əkrəm Allahverdi oğlunun idarə etdiyi “Chevrolet” markalı avtomobilə vurub.  Hadisə nəticəsində motosiklet sürücüsü S.Əmayev xəsarət alaraq 1 saylı Xəstəxanaya çatdırılıb. Qəzaya uğrayan hər iki nəqliyyat vasitəsi cərimə meydançasına...
Cəmiyyət
Pasiyentdə emboliya (piyin qana keçməsi) halı baş verib Bakıda liposaksiya əməliyyatı etdirən ərəb turist Rasa Ellemzadaa komaya düşüb.  Bakucity.az xəbər verir ki, qadın Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına müraciət edib. Əməliyyat zamanı onun vəziyyəti pisləşib və xəstə Baku Medical Plazaya yerləşdirilib.  Qeyd edilir ki, R.Ellemzadaa hazırda komadadır, xəstədə emboliya (piyin qana keçmə...