Paytaxtda silsilə oğurluqlar və soyğunçuluq törədən şəxs saxlanılıb.
Bakucity.az xəbər verir ki, polis əməkdşaları mayın 26-da paytaxt sakini olan bir qadının çantasını oğurlamaqda şübhəli bilinən V.Abdullayev saxlayıb.
Məlum olub ki, o, aprelin 15-dən mayın 18-dək olan müddətdə 5 avtomobildən, habelə 1 həyətyanı sahədən akkumulyator və avtomobil təkəri oğurlayıb.
Faktla bağlı araşdırmalar davam edir.
Bakucity.az