Bakıda şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU

Bakıda şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU, Oral Aliyev

Paytaxtda sabaha olan hava proqnozu açıqlanıb.

Bakucity.az xəbər verir ki, mayın 30-da Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir.

Şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

Bakucity.az

Hava proqnozu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər