Bakıda işləyənlərin orta aylıq maaşı 817 manata qədər artıb

Bakıda işləyənlərin orta aylıq maaşı 817 manata qədər artıb

Bakı Şəhər Statistika İdarəsi ilkin göstəriciləri açıqlayıb. 

Bakucity.az xəbər verir ki, bu ilin yanvar-mart aylarında əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı artıb. İndi paytaxtda işləyənlər 4,9 faiz artımla 817,3 manat orta aylıq əməkhaqqı alırlar. 

Bildirilib ki, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub. (Ona.az)

Bakucity.az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər