Bakıda UEFA İcraiyyə Komitəsinin iclası keçirilir

Bakıda UEFA İcraiyyə Komitəsinin iclası keçirilir, Oral Aliyev

İclas Bakıda keçirilən Avropa liqasının final ilə əlaqədardır. 

Bakucity.az xəbər verir ki, bu gün Bakıda UEFA İcraiyyə Komitəsinin iclası keçirilir. İclas 14:00-dan 19:00-dək davam edəcək.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. 2021-ci ildə UEFA Qadınlararası Çempionlar Liqasının ev sahibinin müyyənləşdirilməsi

2. Müxtəlif yarışların və texniki qaydaların təsdiqi

3. Futzal üzrə UEFA Avropa çempionatı 2020-2022

4. 2019/2020 UEFA Avropa U-17 və U-19 çempionatları

5. 2019/2020 UEFA Avropa Qadınlararası U-17 və U-19 çempionatları

6. UEFA İntizam qaydaları (2019 buraxılışı)

7. UEFA Təhlükəsizlik qaydaları (2019 buraxılışı)

8. UEFA Klubların maliyyə nəzarəti orqanının prosedur qaydaları (2019 buraxılışı)

9. Turnirlərin əsasnamələri – Oyun qaydalarına adaptasiya

10. UEFA Avropa Gənclər çempionatlarının formatı

11. Reynhart Qrindelin UEFA vitse-prezidenti və FIFA İcraiyyə Komitəsi üzvlüyündən azad olunması

12. UEFA Grassroots mükafatı 2019

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin iclası ilk dəfə Bakıda keçirilir.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər