"Çelsi"nin ən yüksək maaş alan futbolçuları Bakıdadır.
Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Bakı Olimpiya Stadionunda həlledici qarşıdurmada Londonun iki futbol klubu - “Arsenal” və “Çelsi” qarşılaşacaqlar.
Bu münasibətlə Bakucity.az "Çelsi” FK-nın ən məşhur və bahalı futbolçuları barədə araşdırma aparıb.
Londonun “Çelsi” FK məşhur rus biznesmen Roman Abramoviç tərəfindən 2003-cü ildə satın alınıb. Klubun əmək haqqı fondu 225 milyon funtserlinq (538 milyon manat) təşkil edir. Beləliklə, komanda Premyer Liqada (İngiltərə Premyer Liqası) bu göstərici ilə birinci yerdədir.
Bu müddətdə “Çelsi” 5 dəfə İngiltərə çempionu olub. Həmçinin, Çempionlar Liqasının və Avropa Liqasının qalibi olub. Bundan əlavə, klub 5 dəfə FA Kubokunu, 3 dəfə Liqa Kubokunu, 2 dəfə isə İngiltərə Super Kubokunu qazanıb.
Ən yüksək maaş alan oyunçular
Eden Azar - Belçikalı yarımmüdafiəçi komandanın ən bahalı oyunçusu hesab olunur. Azar həftədə 200,000 funtserlinq (430.000 AZN) qazanır. Belçikalı oyunçu London komandasında 2012-ci ilin avqustunda oynamağa balayıb. Azarın oyun stili Lionel Messi və Kriştiano Ronaldu ilə müqayisə edilir.
David Luis – “Çelsi”də 2011-ci il fevralın 1-də oynamağa başlayan braziliyalı mərkəz müdafiəçisi 120,000 funtserlinq (258,240 AZN) qazanır. David Luis “Çelsi”də ümumilikdə 5 qol vurub.
N'Golo Kante – Malili mənşəli fransız futbolçu “Çelsi”nin yarımmüdafiəçisidir. İngiltərə komandasının tərkibində 2016-cı il iyunun 16-dan etibarən çıxış edir və həftədə 120,000 funtserlinq (258,240 AZN) qazanır.
Qeyd edək ki, hazırda İngiltərə klubunun baş məşqçisi italiyalı Maurizio Sarridir.
Züleyxa İsmayılova
Bakucity.az